“Radius” şirkəti Babək prospektində yeni texnoloji kompleksini istifadəyə verdi – avtomobil xidmətlərində yüksək məhsuldarlıq və rəqəmsal transformasiya
FED.az xəbər verir ki, avtomobil xidmətləri sahəsində fəaliyyət göstərən yerli brend “Radius Plus” MMC özünün növbəti iri infrastruktur investisiyası olan Babək prospekti filialını istismara verdi. 6500 m² sahəyə malik yeni texnoloji kompleks avtomobil təkərləri və əlaqəli xidmətlər üzrə regionun ən məhsuldar və rəqəmsallaşdırılmış servis mərkəzlərindən biri kimi dizayn edilib.
Yeni filialın texniki tutumu saatda 20 avtomobilə, illik isə 37 mindən çox nəqliyyat vasitəsinə xidmət göstərməyə imkan verir. Planlaşdırılan illik dövriyyə təxminən 150 min ədəd təkərin bazara çıxarılmasını əhatə edir ki, bu həm də xidmət sektorunda dinamik artımı təmin edir.
“Radius” biznes modelində əsas diqqət istehsalçılardan birbaşa idxal, sənaye standartlarına uyğun depolama və texnoloji xidmət proseslərinin sürətinə yönəlib. Hal-hazırda şirkət 40 beynəlxalq brend üzrə 280 fərqli ölçüdə, on minlərlə təkər ehtiyatı saxlayır. Bu, “just-in-time” (JIT) prinsipi ilə işləyən bir çox sektorlarda logistika çevikliyinin qorunması baxımından mühüm resurs sayılır.
Yeni filialın bütün texnoloji xətti Avropanın 20-dən çox qabaqcıl texnologiya tədarükçüsü tərəfindən təchiz olunub. Avtomatlaşdırılmış diaqnostika, rəqəmsal anbar nəzarəti və sürətli xidmət zonaları vasitəsilə bir avtomobil üzrə orta xidmət müddəti 56 dəqiqə ilə məhdudlaşır.
Layihənin memarlıq və funksional dizaynı Almaniyanın 100 illik təcrübəyə malik sənaye planlaşdırması şirkətinin konsultasiyası ilə aparılıb. Mərkəz ekoloji standartlara və müasir urbanistik prinsiplərə uyğun olaraq enerji səmərəliliyi və modulların inteqrasiya üsulları ilə layihələndirilib inşa edilib.
İnvestisiya paketinə həmçinin insan kapitalına yönəlik xərclər daxildir – filialın açılması ilə 100-dən çox daimi iş yerinin yaradılması nəzərdə tutulur. “Radius” hazırda 35 ticarət və 20 texnoloji tərəfdaşla əməkdaşlıq edərək, həm texniki bilik ötürülməsini, həm də sahə üzrə kadr hazırlığını həyata keçirir.
Eyni zamanda, şirkət təkcə kommersiya deyil, sosial təsir baxımından da proaktiv mövqe tutur – radio və rəqəmsal platformalar üzərindən yol hərəkəti təhlükəsizliyi, təkər seçimi və texniki maarifləndirmə kampaniyaları davam etdirilir.
“Radius”un Babək prospektindəki yeni kompleksi – avtomobil xidmətləri bazarında məhsuldarlıq, xidmət keyfiyyəti və texnoloji çevikliyin lokomotivi olmaqla, ölkədə rəqəmsal transformasiyaya əsaslanan sənaye modelinin uğurlu nümunəsi sayılır.