Alman avtomobil nəhəngi "Volkswagen" tarixində ilk dəfə olaraq Çində Nankin şəhərindəki SAIC ilə ortaq müəssisəsini bağlamaq qərarı verib.
FED.az xəbər verir ki, 2008-ci ildə tikilən və illik istehsal gücü 360 000 avtomobil olan zavodda «Volkswagen Passat» və «Skoda Superb» istehsal edilirdi.
«Volkswagen»in Çindəki bu zavodunun bağlanacağı barədə 2024-ün sentyabrında məlumat verilmişdi.
Nankindəki SAIC Volkswagen zavodu əvvəlcə NAC-a (Nanjing Avtomobil Korporasiyası) məxsus idi. 2007-ci ildə NAC-ın SAIC tərəfindən alınmasından sonra o, SAIC Volkswagen-in dördüncü ən böyük istehsal bazası və Volkswagen-in dünya üzrə 49-cu ən böyük istehsal bazası oldu.
Müəssisənin bağlanmasının səbəbi kimi zavodun şəhər mərkəzinə yaxınlığı səbəbindən elektromobil istehsalına uyğunlaşdırılmasının çətin və baha başa gəlməsi göstərilib. İstehsalat prosesi İccen şəhərindəki digər zavoda köçürüləcək.
Qeyd olunur ki, "Volkswagen"in Çində satışları azalıb. 2024-cü ildə 3 milyondan az avtomobil satılıb ki, bu da 2012-ci ildəndən bəri ən zəif göstəricidir.