Honda Motors İngiltərənin cənubunda yerləşən və Böyük Britaniyada yeganə olan avtomobil zavodunu boşaltmaq və sənaye anbarları üzrə təchizatçı Panattoniyə satmaq barədə razılaşdığını bildirib.
Eləcə də bax: Azərbaycan minik avtomobillərini hansı ölkələrdən alır? - TOP-10-SİYAHI
FED.az xəbər verir ki, hazırda Avropa bazarlarında böyük itki ilə üzləşən yapon nəhəngi Böyük Britaniyada illik istehsal edilən 1,5 milyon avtomobil sənayesinin 10 faizini təşkil edən zavodunu bağlayacağını hələ ilk dəfə 2019-cu ildə elan etmişdi.
Honda bu qərarını bir sıra qlobal sənaye şirkətlərinin etdiyi kimi - Böyük Britaniyanın Avropa İttifaqından çıxması ilə əlaqədar deyil, avtomobillərini daha çox satmaq məqsədilə yeni bazarlara keçmək üçün verdiyini bildirib. Zavodun sökülüb Panattoniyə təhvil verilməsi gələn ilin yazına qədər tamamlanacaq.
Xatırladaq ki, daha öncə digər yapon sənaye nəhəngləri - Sony və Panasonic öz qərargahlarını Britaniyadan Avropa İttifaqına köçürmək qərarını veriblər, Hitachi isə Brexitdən sonra Böyük Britaniyada inşa edəcəyi atom elektrik stansiyası layihəsini dayandırıb. (Marja)