Azərbaycanın idxal etdiyi minik avtomobillərinin ölkələr üzrə bölgüsü təqdim edilib.
FED.az portalı Oxu.az-a istinadən xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatlara əsasən, 2021-ci ilin fevral ayının statistik göstəricilərinə əsasən, istehlakçılar daha çox mühərrikinin həcmi 1500-3000 kub santimetr olan minik avtomobillərinə üstünlük veriblər. Yanvar ayı ərzində 1 981 ədəd bu cür minik avtomobili idxal edilib. Ən aşağı tələb isə mühərrikinin həcmi 1000 kb/s-dən az və 3000 kb/s-dən çox olan minik avtomobillərinə olub.
Azərbaycanın minik avtomobili idxal etdiyi ilk 10 ölkələnin siyahısı aşağıdakı kimidir:
Almaniyadan ümumi dəyəri 12 milyon 934,58 min dollar olan 889 ədəd avtomobil idxal edilib. Onlardan 557-i (10 milyon 832,48 min dollar dəyərində) qığılcımla alışan DYM-li, 332-i isə (2 milyon 102,1 min dollar dəyərində) sıxılmaqdan alışan DYM-li (dizel) olub.
Koreya Respublikasından ümumi dəyəri 5 milyon 852,28 min dollar olan 961 ədəd minik avtomobili idxal edilib. Onlardan 336-i (1 milyon 882,16 min dollar dəyərində) qığılcımla alışan daxili yanma mühərrikli, 625-i (3 milyon 970,12 min dollar dəyərində) dizel mühərrikli minik avtomobilləri olub.
ABŞ-dan 6 milyon 587,01 min dollar dəyərində 769 ədəd ədəd minik avtomobili idxal edilib. Onlardan 758-i (6 milyon 391,01 min dollar dəyərində) qığılcımla alışan daxili yanma mühərrikli, 11-i dizel mühərrikli (192 min dollar dəyərində) olub.
Rusiyadan 2 milyon 239,72 min dollar dəyərində 217 ədəd qığılcımla alışan minik abvtomobilləri idxal olunub.
Meksikadan ixdal edilən 1 milyon 458,28 min dollar dəyərində 174 ədəd minik avtomobillinin hər biri qığılcımla alışan daxili yanma mühərrikli yüngül nəqliyyat vasitələri olub.
Yaponiyadan 2 milyon 403,07 min dollar dəyərində 141 ədəd minik avtomobili idxal edilib. Onlardan 102-i (1 milyon 718,63 min dolllar dəyərində) qığılcımla alışan daxili yanma mühərrikli, 39-u dizel mühərrikli (614,44 min dollar dəyərində) olub.
Türkiyədən 636,96 min dollar dəyərində 97 ədəd minik avtomobili idxal edilib. Minik avtomobillərindən 37-si qığılcımla alışan daxili yanma mühərrikli (441,46 min dollar dəyərində), 60-ı dizel mühərrikli (194,5 min dollar dəyərində) olub.
Çindən 1 milyon 493,66 min dollar dəyərində 97 ədəd minik avtomobili idxal olunub. Onlardan 71-i qığılcımla alışan daxili yanma mühərrikli (171,77 min dollar dəyərində), 23-ü dizel mühərrikli (onların ümumi dəyəri 321,89 min dollar) olub.
Böyük Britaniyadan 2 milyon 69,19 min dollar dəyərində 92 ədəd minik avtomobili idxal edilib. Onlardan 30-u qığılcımla alışan daxili yanma mühərrikli (ümumi dəyərləri - 1 milyon 774,39 min dollar), 65-i dizel mühərrikli (ümumi dəyərləri - 564,8 min dollar) olub.
Slovakiyadan 993,77 min dollar dəyərində 76 ədəd minik avtomobili idxal edilib. Onlardan 36-ı qığılcımla alışan DYM-li (ümumi dəyərləri - 846,07 min dollar), 40-ı dizel mühərikli (ümumi dəyərləri 147,7 min dollar) olub.
Mühərrikinin növünə görə istehlakçıların əksəriyyəti qığılcımla alışan daxili yanma mühərrikli minik avtomobillərinə üstünlük verib. Dizel mühərrikli avtomobillərin idxal həcmi 2 dəfə az olub. Ümumilikdə Azərbaycan 24 ölkədən minik avtomobili idxal edib.