Yaponiyanın Honda Motor konserninin xalis mənfəəti iyunun 30-da başa çatan 2023-2024-cü maliyyə ilinin birinci rübünün nəticələrinə əsasən illik müqayisədə 2,4 dəfə artaraq 363,069 milyard yen (təxminən dollar 2,5 milyard dollar) təşkil edib.
“Toyota Motor” rekord sayda - AVTOMOBİL SATIB
FED.az xəbər verir ki, bu barədə şirkətin maliyyə hesabatlarında bildirilir.
Səhmbaşına mənfəət bir il əvvəlki 87,23 yen (0,6 dollar) səviyyəsindən 219,06 yenə (1,53 dollar) yüksəlib.
Honda-nın gəliri 20% artaraq 4,62 trilyon yenə (32 milyard dollar) çatıb.
Martın 31-də başa çatan bütün maliyyə ili üçün şirkət gəlirinin 7,6% artaraq 18,2 trilyon yen (127 milyard dollar) olacağını gözləyir. İl üçün xalis mənfəətin 22,8% artım ilə 800 milyard yen (5,6 milyard dollar) olacağı proqnozlaşdırılır.
Honda Motor 1946-cı ildə yaradılıb. 1960-cı illərə qədər şirkət yalnız motosiklet istehsalı ilə məşğul idi. Şirkət 1970-ci illərdən başlayaraq özünü beynəlxalq bazarda aparıcı Yapon avtomobil istehsalçılarından biri kimi göstərə bilib. (Marja)