“Audi” şirkəti 2023-cü ildə Avropa Birliyində daxili yanma mühərrikli avtomobillərin satışını dayandıracaq.
Eləcə də bax: Almaniyada «Niva»nı elektromobilə çevirib satırlar - QİYMƏT
FED.az Banker.az-a istinadən xəbər verir ki, bunu Berlində keçirilən iqlim konfransında avtomobil istehsalçısının baş direktoru Herbert Düsmann söyləyib.
Bildirildiyi kimi, “yol xəritəsinə” görə, 2025-ci ilə qədər “Audi”nin Avropada 20 elektrikli avtomobil modeli satışa çıxacaq. Bu il şirkət üçün yeni dönüş olacaq: dörd halqanın işarəsi altında təqdim olunan elektromobillərin sayı daxili yanma mühərrikli modelləri üstələyəcək.
2026-cı ildən sonra şirkət Avropa Birliyi bazarına yalnız elektrikli avtomobillər tədarük edəcək. Sonuncu daxili yanma mühərrikli avtomobil də eyni ildə istehsal ediləcək.
“Şirkətin ən son daxili yanma mühərriki indiyə qədər istehsal etdiyimiz ən yaxşı mühərrik olacaq”, – deyə Herbert Düsmann vurğulayıb.