Almaniya «Lada Niva»ları elektromobillərə çevirməyə başlayıblar.
“AvtoVaz” çip çatışmazlığına görə istehsalı yenidən - DAYANDIRIR
FED.az xəbər verir ki, «Schmid GmbH» yeni «Elantrie»sistemi hazırlayıb ki, onun vasitəsilə daxili yanma mühərrikli (yəni benzin və ya dizellə işləyən) avtiombili elektrik avtomobilinə çevirmək olur. Dəyişiklik təklif edilən modellərdən biri də «Lada Niva»dır.
Şirkətin məlumatına görə, «Elantrie» sisteminin quraşdırılması maşına qulluq xərclərini 2 dəfədən çox aşağı salır. Belə ki, adi «Lada Niva»nın sahibləri benzinə ildə 3 175 avro xərcləyirlərsə, elektrik «Niva»larında enerji xərci 1 174 avro olacaq. Hesablama benzinin Almaniydaakı qiyməti əsasında aparılıb.
Dəyişiklik zamanı avtomobildə 80 at gücündən artıq olan mühərrik, tutumu 30 kVTsaat olan akkumulyator və 220 Voltluq enerji qəbuledici (rozetka) yerləşdirilir. Layihənin müəllifləri bildirir ki, elektrikləşdirilmiş «Niva»lar bir dəfə enerji yığanda 300 kilometr gedə biləcək. Amma bazardakı ekspertlər bildirir ki, real rəqəmlər bundan xeyli az olacaq. Elektrikli «Niva»lar 19,9 min avroya satılır.