Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Polis Akademiyasına məxsus yük avtomobili dövlət əmlakının özəlləşdirilməsi üzrə keçirilən hərracda satılıb.
AYNA ucuz avtomobillərinə hərracda alıcı tapdı - QİYMƏTLƏR, SİYAHI
FED.az xəbər verir ki, “Foton Forland” markalı, 90 AP 448 dövlət nömrə nişanlı və 2014-cü il buraxılışlı yük maşını üçün hərraca çıxarılan ilkin satış qiyməti 6.480 manat olub.
Lakin keçirilən hərrac zamanı bu avtomobilə maraq yüksək olub və o, 8.400 manata satılıb. Bu isə ilkin qiymətlə müqayisədə 1.920 manat çox və ya təxminən 30% artım deməkdir.
Satış rəsmi olaraq “11/25” nömrəli protokol əsasında, 10 aprel 2025-ci il tarixində sənədləşdirilib.
Hərrac nəticələri göstərir ki, dövlət balansında olan nəqliyyat vasitələri ikinci əl bazarında hələ də tələbat görür və satışlar nəticəsində dövlət büdcəsinə əlavə vəsait cəlb olunur.
Hərracda satılan dövlət əmlaklarının siyahısı ilə https://clck.ru/3A7csN linki vasitəsilə tanış olmaq olar.