Azərbaycanda avtomobil icarə edənlərin sayında xeyli azalma var.
Eləcə də bax: Azərbaycanda koronavirusa görə avtomobil istehsalı - 18% Azalıb
FED.az xəbər verir ki, bunu avtomobil icarəsi ilə məşğul olan “Karavan rent a car” adlı şirkətin baş meneceri Emin Cənnətov bildirib.
Onun sözlərinə görə, pandemiya sahibkarların bu sahəsindən də yan keçməyib:
“Məlum olduğu kimi, hazırda ölkəmiz pandemiya şəraitində yaşayır və bu səbəbdən ölkəyə giriş-çıxışda bəzi məhudidiyyətlər var. Qadağalar tətbiq edildiyindən ölkəyə turistlərin gəlişində də azalma var, elə bu səbəbdən də, avtomobil icarəsi ilə məşğul olan şirkətlərin fəaliyyətində durğunluq yaranıb. Belə ki, Azərbaycdan avtomobil icarəsinə müraciət edənlərin əksəriyyəti ölkəyə gələn tursitlər idi ki, bu günlərdə turistlərin olmaması bu sahədə geriləməyə səbəb olub”.
E.Cənnətov qeyd edib ki, turistlərlə yanaşı yerli sakinlər də avtomobil icarəsinə müraciət edirlər:
“Hazırda avqust ayıdır və istirahətin ən pik sezonudur. Belə zamanlarda yerli vətəndaşlar, daha çox Bakı sakinləri avtomobil icarə edib rayonlara üz tuturdular, ancaq bu istiqamətdə də məhududiyyət var. Bu da öz növbəsində işimizdə çətinlik yaradır. Bununla yanaşı toyların ölkə ərazisində qadağan olunması səbəbindən də toy avtobillərinə də ehtiyac yaranmır. Hazırda müraicət edənlər uzun zamandır işlədiyimiz şəxslərdir və elə şirkətlər var ki, sırf işçilərinin daşınması üçün müraciət edirlər. Ötən ilə ilə müqayisədə avtomobil icarəsinin fəaliyyəti 80 faiz dayanıb”. (Trend)