Azərbaycanın ən iri bankı ABB ölkənin avtomobil bazarını araşdırıb və bazarda ən populyar avtomobillərin orta qiymətini çıxarıb.
FED.az xəbər verir ki, 2024-cü ilin sentyabrına qədər olan göstəricilərə əsasən, Rusiya istehsalı olan “VAZ2107” hələ də ölkədə ən çox saya malikdir. Bu markalı avtomobillərin onların orta qiyməti 5 min 739 manat təşkil edib.
İkinci sırada “Opel Astra”dır və onun orta qiyməti isə 9 min 852 manata bərabər olub.
“VAZ2106″nın qiyməti 3 min 852 manat, “KIA Sorento”nun orta qiyməti isə 37 min 225 manat olub.
Göstəricilərə əsasan “KIA Sorento” orta qiymətin yüksəkliyinə görə ən bahalı avtomobil markası olub.
Bahalığına görə ikinci olan "Hyundai Santa Fe"nin orta qiyməti 31 min 704 manatdır. Bu avtomobil 6-cı pillədə qərarlaşıb.
Sonuncu pillədə yer tutan "Mersedes E220d"nin qiyməti 25 min 93 manatdır.
Bundan başqa orta qiyməti 23 min 379 manat olan "Hyundai Elantra" 5-ci, 23 min 656 manat olan "Hyundai Sonata" 7-ci, 14 min 324 manat olan "Chevrolet Cruze" 8-ci, 19 min 596 manat olan "Ford Tranzit" isə 9-cu olub.