Bu ilin yanvar-fevral aylarında xaricdən Azərbaycana ümumilikdə 247 milyon 612,64 min dollar dəyərində 13 min 299 ədəd avtomobil gətirilib.
FED.az Dövlət Gömrük Komitəsinin yaydığı məlumata istinadən xəbər verir ki, 2023-ci ilin yanvar ayı ilə müqayisədə ölkəyə idxal olunan avtomobillərin sayı 4,6% və ya 640 ədəd azalıb, dəyəri baxımından 24,2% və ya 48 milyon 293,98 min dollar artıb. 2023-ci ilin müvafiq dövründə Azərbaycana 199 milyon 318,66 min dollar dəyərində 13 min 939 ədəd avtomobil idxal edilib.
Bu dövrdə 1 ədəd avtomobilin idxal qiyməti 18 min 619 dollar (31 min 652 manat), ötən ilin eyni dövründə isə 14 min 299 dollar (4 min 320 manat) olub. İdxal qiyməti son bir il ərzində 4 320 dollar (7 min 343 manat), yəni 30,2% artıb
Hesabat dövründə idxal olunan avtomobilərin 1 029,75 min dollar dəyərində 24 ədədi sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş mühərrikli nəqliyyat vasitələri, 217 min 721,19 min dollar dəyərində 12 min 23 ədədi minik avtomobilləri, 82milyon 728,50 min dollar dəyərində 2 min 571 ədədi hibrid, 22 milyon 852,28 min dollar dəyərində 541 ədədi elektromobillər, 22 milyon 526,61 min dollar dəyərində 1 185 ədədi yük, 6 milyon 335,08 min dollardəyərində 67ədədi isə xüsusi təyinatlı avtomobillər olub.