Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 1 iyul 2025-ci il tarixində saat 10:00-da dövlət qurumlarının balansında olan müxtəlif markalı avtomobillər hərraca çıxarılacaq.
Dövlətə məxsus ucuz maşınlar - HƏRRACDA SATILIR, SİYAHI
FED.az xəbər verir ki, hərracda ümumilikdə 12 nəqliyyat vasitəsi satışa təqdim olunacaq. Buraya BMW, Toyota, Volkswagen, Nissan, Hyundai, Honda və Khazar kimi məşhur markalara məxsus avtomobillər daxildir.
Hərraca çıxarılan avtomobillər müxtəlif dövlət qurumlarının balansına aiddir. Bu qurumlara Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi, Hesablama Palatası, Nazirlər Kabinetinin İşlər Müdiri və Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən “Korporativ İdarəetmənin Təşkili və Koordinasiya Mərkəzi” publik hüquqi şəxs daxildir.
Nəqliyyat vasitələrinin buraxılış illəri 2000-dən 2018-ə qədər olan dövrü əhatə edir. Ən yüksək start qiyməti ilə satışa çıxarılan avtomobil BMW 760LI-dir. Bu model 2006-cı ildə istehsal olunub və 12,000 manat start qiyməti ilə hərraca təqdim edilir. Toyota Camry markalı avtomobillər də yüksək qiymətlərlə satışa çıxarılıb. 2014-cü il istehsalı olan bu nəqliyyat vasitələrinin biri 21,000, digəri isə 21,500 manat dəyərindədir.
Ən münasib qiymətə hərraca çıxarılan nəqliyyat vasitəsi 2000-ci il istehsalı olan Nissan Pathfinder-dir. Bu avtomobil 5,000 manat start qiyməti ilə təklif olunur. Onu da qeyd edək ki, siyahıda start qiyməti 5,200 manat olan 2018-ci il istehsalı olan Khazar markalı avtomobil də yer alır.
10% məbləğində beh Mərkəzi Bankda – AZ65NABZ01361150000000004944 nömrəli hesablaşma hesabına ödənilməlidir.
Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 1 iyul 2025-ci il tarixində saat 10:00-da hərraca çıxarılan nəqliyyat vasitələrinin siyahısı:
S/N |
Balanssaxlayıcı müəssisənin adı |
Əlaqəli şəxs |
Nəqliyyat vasitəsinin markası |
Dövlət nömrə nişanı |
Buraxılış ili |
Start qiyməti (manatla) |
10% beh (manatla) |
1 |
Azərbaycan Respublikasının Diasporla İş Üzrə Dövlət Komitəsi |
Məmmədov Fuad 0503780089 |
KHAZAR MİNİK |
99AS440 |
2018 |
5200 |
520 |
2 |
Azərbaycan Respublikasının Hesablama Palatası |
Məmmədov Rahim 0505977565 |
NISSAN SUNNY MİNİK |
90YF825 |
2009 |
6900 |
690 |
3 |
Azərbaycan Respublikasının Hesablama Palatası |
Məmmədov Rahim 0505977565 |
HYUNDAI ELANTRA MİNİK |
90YF850 |
2009 |
8900 |
890 |
4 |
Azərbaycan Respublikasının Hesablama Palatası |
Məmmədov Rahim 0505977565 |
HONDA ACCORD MİNİK |
90YB820 |
2010 |
8400 |
840 |
5 |
Azərbaycan Respublikasının Hesablama Palatası |
Məmmədov Rahim 0505977565 |
TOYOTA CAMRY MİNİK |
90YE732 |
2014 |
21000 |
2100 |
6 |
Azərbaycan Respublikasının Hesablama Palatası |
Məmmədov Rahim 0505977565 |
TOYOTA CAMRY MİNİK |
90YF824 |
2014 |
21500 |
2150 |
7 |
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Korporativ Idarəetmənin Təşkili və Koordinasiya Mərkəzi” publik hüquqi şəxs |
Mehdiyev Kənan 0102134713 |
BMW 730LI MİNİK |
10PB233 |
2006 |
8200 |
820 |
8 |
Azərbaycan Respublikası Nazirlər Kabinetinin İşlər Müdiri |
Əlyarov Əlimuxtar 0503315252 |
VOLKSWAGEN PASSAT MİNİK |
77PZ548 |
2013 |
8000 |
800 |
9 |
Azərbaycan Respublikası Nazirlər Kabinetinin İşlər Müdiri |
Əlyarov Əlimuxtar 0503315252 |
BMW 730LI MİNİK |
10PT288 |
2006 |
11000 |
1100 |
10 |
Azərbaycan Respublikası Nazirlər Kabinetinin İşlər Müdiri |
Əlyarov Əlimuxtar 0503315252 |
VOLKSWAGEN PASSAT MİNİK |
10PL832 |
2014 |
9000 |
900 |
11 |
Azərbaycan Respublikası Nazirlər Kabinetinin İşlər Müdiri |
Əlyarov Əlimuxtar 0503315252 |
NISSAN PATHFINDER MİNİK |
77AJ398 |
2000 |
5000 |
500 |
12 |
Azərbaycan Respublikası Nazirlər Kabinetinin İşlər Müdiri |
Əlyarov Əlimuxtar 0503315252 |
BMW 760LI |
99PJ962 |
2006 |
12000 |
1200 |