17 iyun 2022-ci il saat 12:00-da “Neftçala Avtonəqliyyat” ASC-nin səhmdarların yığıncağı keçiriləcək.
Eləcə də bax: “AzNar” şirkətinin rəhbərliyində dəyişiklik olacaq - YIĞINCAQ
FED.az Banker.az-a istinadən xəbər verir ki, yığıncaq Neftçala şəhəri, M.Ə.Sabir küçəsi-3-də keçiriləcək
İclasın gündəliyində duran məsələlər bunlardır:
1. “Neftçala Avtonəqliyyat” ASC-nin 2021-ci ilin yekunu və qarşıda duran vəzifələr haqqında.
2. Müşahidə Şurasının və sədrinin seçilməsi.
3. Təftiş komissiyasının hesabatı və yeni heyətin seçilməsi.
4. Səhmdar cəmiyyətin 2021-ci ilin yekununa dair dividendin bölüşdürülməsi.
Xatırladaq ki, “Neftçala Avtonəqliyyat” ASC 1998-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 160 326 manatdır.