Mayın 27-də “AzNar” QSC səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.
Eləcə də bax: Böyük Britaniya "Aznar"ın sahibinə sanksiya - TƏTBİQ ETDİ
FED.az şirkətə istinadən xəbər verir ki, yığıncağın gündəliyində altı əsas məsələ yer alıb. Bunlara QSC-nin 2021-ci il üçün illik (maliyyə) hesabatları, 2021-ci maliyyə-təsərrüfat ilinin yekunlarına görə dividendlərin elan edilməsi və ödənilməsi, QSC-nin yeni redaksiyada nizamnaməsinin, direktorlar şurası və icra orqanının müəyyən edilməsi məsələləri daxildir.
Bundan əlavə, şirkətin restrukturizasiyası və yeni təsərrüfat subyektlərinin yaradılması ilə bağlı məsələlər də gündəmdə olacaq.
Qeyd edək ki, ümumi yığıncaq Göyçay şəhəri, Natəvan küçəsi 120 ünvanında baş tutacaq.