Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 12 avqust 2025-ci il tarixində Bakı şəhərində keçirilmiş hərracda avtomobil özəlləşdirilib.
Dövlətə məxsus ucuz maşınlar - HƏRRACDA SATILIR, SİYAHI
FED.az xəbər verir ki, sözügedən avtomobil Müdafiə Nazirliyinə məxsus olub.
Hərraca çıxarılan avtomobil 2004-cü il istehsalı olan QAZ-31105 markalı minik avtomobili olub. Avtomobilin ilkin satış qiyməti 1 800 manat müəyyən edilib və hərrac nəticəsində eyni məbləğə 1 800 manata satılıb.