Daxili İşlər Nazirliyinə məxsus avtomobillər satışa çıxarılır: 1200 manatdan başlayaraq.
Eləcə də bax: Almaniyada "Mercedes"lərin satışı - QADAĞAN OLUNA BİLƏR
Oktyabrın 13-də İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti növbəti dəfə hərrac təşkil edəcək.
FED.az nazirliyə istinadən xəbər verir ki, hərraca 14 nəqliyyat vasitəsi çıxarılıb. Həmin nəqliyyat vasitəslərinin tam siyahısı ilə burada tanış ola bilərsiniz:
13 oktyabr 2020-ci il tarixində hərraca çıxarılan nəqliyyat vasitələrinin siyahısı
S/N |
Balanssaxlayıcı müəssisənin adı |
Avtonəqliyyat vasitəsinin markası |
Buraxılış ili |
Start qiyməti (manatla) |
10% beh (manatla) |
1. |
Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Maddi-Texniki Təminat Baş İdarəsinə bilavasitə tabe olan Avtomobil Təsərrüfatı |
BMW 320 |
2007 |
5500 |
550 |
2. |
Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Maddi-Texniki Təminat Baş İdarəsinə bilavasitə tabe olan Avtomobil Təsərrüfatı |
FİAT Doblo |
2007 |
3500 |
350 |
3. |
Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Maddi-Texniki Təminat Baş İdarəsinə bilavasitə tabe olan Avtomobil Təsərrüfatı |
FİAT Doblo |
2009 |
3800 |
380 |
4. |
Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Maddi-Texniki Təminat Baş İdarəsinə bilavasitə tabe olan Avtomobil Təsərrüfatı |
FİAT Doblo |
2011 |
4500 |
450 |
5. |
Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Baş Mühafizə İdarəsinin Sabirabad Rayonlararası Mühafizə Bölməsi |
Hyundai Sonata |
2006 |
5000 |
500 |
6. |
Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Baş Mühafizə İdarəsinin Sabirabad Rayonlararası Mühafizə Bölməsi |
VAZ-2106 |
2004 |
1200 |
120 |
7. |
Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin İsmayıllı Rayonu Dövlət Səğorta Filialı |
VAZ-2107 |
2007 |
1300 |
130 |
8. |
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası |
Nissan Maxima |
2007 |
6000 |
600 |
9. |
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi |
QAZ-31029 |
1992 |
1600 |
160 |
10. |
Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Nəqliyyat Təlim Tədris Mərkəzi” MMC |
QAZ-3110-600 |
2003 |
2300 |
230 |
11. |
Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyi |
Nissan Altima |
2005 |
6000 |
600 |
12. |
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Heyvandarlıq Elmi Tədqiqat İnstitutu |
QAZ-24 |
1970 |
3000 |
300 |
13. |
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Heyvandarlıq Elmi Tədqiqat İnstitutu |
Mercedes Benz 280 |
1988 |
4000 |
400 |
14. |
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Heyvandarlıq Elmi Tədqiqat İnstitutu |
UAZ-3303-01 |
1987 |
2000 |
200 |
Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təşkil edilən hərraclarda hər kəsin sərbəst iştirakı təmin edilir. İştirak etmək istəyən şəxslərin seçdikləri dövlət əmlakı üzrə elektron sifariş verməklə yanaşı, hərraclara onlayn qoşulmaq imkanı da yaradılıb. Prosesə marağı olanlar hərrac günü həm Əmlak Xidmətləri Məkanına gəlməklə, həm də elektron resurslardan istifadə etməklə hərracları qeydiyyatsız formada izləyə də bilərlər.
Qeyd edək ki, keçirilən hərraclarda iştirak etmək istəyən şəxslər Xidmətin rəsmi saytına (emlak.gov.az) və ya Özəlləşdirmə portalına (privatization.az) daxil ola, seçim etməklə qeydiyyatdan keçə, dövlət əmlakının ilkin hərrac qiymətinin 10%-i məbləğində behi ödəyib sifarişçi statusu ala bilərlər. Hərrac günü hər kəs Elektron Xidmətlər Portalından (e-emdk.gov.az) “Elektron hərrac” bölməsini seçərək onlayn özəlləşdirməyə qoşula bilər. (MediaPost)