02 iyul 2025-ci il, saat 11:00-da dövlət mülkiyyətinə keçmiş klassik avtomobillərin hərracı keçiriləcək.
Land Rover hərracın ulduzu oldu: Qiymət 17 min manat artdı
FED.az xəbər verir ki, hərracda satışa çıxarılan nəqliyyat vasitələrinin hamısı ilk dəfə təqdim olunur və Hərracların Təşkili Mərkəzinin təyin etdiyi saxlanc yerində saxlanılır.
Satışa çıxarılan ilk nəqliyyat vasitəsi gümüşü rəngli Gaz M20 Pobeda minik avtomobilidir. Bu avtomobilin start qiyməti 4000 manat, beh məbləği isə 400 manat müəyyən edilib. Eyni modeldən ikinci bir gümüşü Gaz M20 Pobeda da hərraca çıxarılıb, lakin onun start qiyməti daha aşağı – 2000 manatdır. Ona görə də bu avtomobilin beh məbləği 200 manat təşkil edir.
Üçüncü nəqliyyat vasitəsi isə yaşıl rəngli Gaz 21 minik avtomobilidir. Bu klassik avtomobilin hərraca çıxarılma qiyməti 2500 manat, beh məbləği isə 250 manatdır.
Hərracda iştirak etmək istəyən şəxslər, avtomobilin start qiymətinin 10%-i həcmində behi aşağıdakı bank hesabına əvvəlcədən köçürməlidirlər:
-
Vəsaiti alan: Hərracların Təşkili Mərkəzi PHŞ
-
Bank: "Azər-Türk Bank" ASC
-
Kod: 507699
-
VÖEN: 9900006111
-
Müxbir hesab: AZ02NABZ01350100000000022944
-
SWİFT: AZRTAZ22
-
İBAN: AZ74AZRT38090019440265368001
-
VÖEN (alan): 1505677031
Əlavə məlumat almaq istəyən şəxslər Əsgərov Şahinlə əlaqə saxlaya bilərlər: 050 365 19 63