ABŞ və İsrailin İrana hücumu ilə başlayan müzaribə və sonradan Hörmüz boğazının bloklanması neft sektoru ilə yanaşı, avtomobil istehsalçılarına da təsir edib.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, dünyanın ən böyük avtomobil istehsalçısı olan «Toyota Motor» Hörmüz boğazındakı gərginlik və ABŞ-ın tətbiq etdiyi yeni tariflər fonunda yeni maliyyə hesabatını və xoşagəlməz göstəricilərini açıqlayıb. Hesabata əsasən təkcə Trampın tarif siyasəti şirkətin illik əməliyyat gəlirindən 9 milyard dollar silib.
Nəticədə şirkətin rüblük əməliyyat mənfəəti 49% azalaraq 3,6 milyard dollara düşüb. B rəqəm analitiklərin proqnozlarından azdır, belə ki, proqnozlara görə, 2026-nın ilk rübündə «Toyota Motor»un mənfəətinin 5,4 milyard dollar olacağı gözlənilirdi.
Artıq şirkət mövxud vəziyyəti nəzərə alaraq illik xalis mənfəət proqnozunu da azaldıb. «Toyota»nın bossları bu il cəmi 19 milyard dollar xalis mənfəət gözləyirlər ki, bu da proqnozdan 3 dəfə azdır.
Şirkət rəhbərliyi bildirib ki, təkcə Yaxın Şərqdəki münaqişə və Hörmüz boğazının bağlanması şirkətə 4,3 milyard dollar birbaşa zərər vurub. Hörmüz boğazının iki aydır davam edən blokadası «Toyota»ya ilk növbədə tədarük zəncirini parçalamaqla zərbə vurub. Belə ki, boğaz vasitəsilə gələn kritik yarımkeçiricilər və alüminium tədarükü dayandığı üçün Yaponiya zavodlarında istehsal kəskin azaldılıb. Digər tərəfdən, «Toyota» alternativ yollardan istifadə etsə də, bu variant xərcləri artırıb və əməliyyat marjasını 10%-dən 7,4%-ə endirib.
«Toyota, İran müharibəsi səbəbindən faktiki olaraq bağlanmış Hörmüz boğazının bağlanması səbəbindən təchizat zəncirində fasilələr gözlədiyini bildirdi. Toyota-nın Yaxın Şərqdə avtomobil satışları da azalıb».
Təkcə mart və aprel aylarında Yaponiya daxilində «Toyota Motor»un avtomobil istiehsalı 40 min ədəd azalıb. Bunlar əsasən böyük SUV-lar və Land Cruiser modelləridir.
Mənfi təçir təkcə şirkətin istehsalı ilə bitmir. Maliyyə itkiləri barədə xəbərlər yayılandan sonra «Toyota»nın səhmləri 2,2%, ilin əvvəlindən hesablayanda isə ümumilikdə 11,7% dəyər itirib. «Toyota Times» nəşrinə açıqlama verən şirkət rəsmiləri bu vəziyyəti «dəyişikliklərə qarşı dözümlü qazanc gücü yaratmaq üçün sınaq dövrü» kimi qiymətləndiriblər. Lakin analitiklər xəbərdarlıq edir ki, Hörmüz boğazı yay aylarına qədər açılmasa, 19 milyard dollarlıq illik hədəf də əlçatmaz ola bilər.
Buna baxmayaraq, şirkət nisbətən yaxşı vəziyyətdə qaldığını, dünyada təxminən 9,6 milyon avtomobil satdığını bildirib ki, bu da bir il əvvəl təxminən 9,4 milyondan çoxdur. Bu satışların dəyəri bir il əvvələ nisbətən 5,5% artaraq 323 milyard dollara düşüb.
Toyota, "mobillik şirkəti"nə çevrilmək vizyonunu təkrarladı, yəni öz çeşidinə qayıqlar və təyyarələr əlavə etməyi ümid edir. Həmçinin, avtomobil sənayesindən kənarda mağaza rəflərini yenidən dolduran robot qollar və tibbi avadanlıqları daşımaq üçün cihazlar kimi digər cihaz növlərinə də təsirini genişləndirdikcə innovasiyalara davam edəcəyinə söz verdi.













