2025-ci ilin yanvar-mart aylarında Azərbaycana 10 120 ədəd hibrid avtomobil idxal olunub.
Azərbaycanın xaricdən aldığı elektromobillər - 6 MİN DOLLAR UCUZLAŞIB
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu ötən ilin eyni dövrü ilə müqayisədə 2,8 dəfə və ya 6 505 ədəd çoxdur. Beləliklə idxalda 179,9%-lik artım qeydə alınıb.
Cari ilin ilk üç ayında hibrid avtomobillərin idxal dəyəri 199 milyon 948 min dollar təşkil edib. Müqayisə üçün, 2024-cü ilin eyni dövründə bu göstərici 117 milyon 985 min dollar olmuşdu. Bu da dəyər baxımından 69,5% və ya 81 milyon 963 min dollar artım deməkdir.
Bununla belə, bir ədəd hibrid avtomobilin orta idxal dəyəri ötən illə müqayisədə 39,5% ucuzlaşıb. Belə ki, 2024-cü ildə bir avtomobilin orta dəyəri 32 638 dollar (təxminən 55 484 manat) idisə, 2025-ci ildə bu rəqəm 19 758 dollar (təxminən 33 588 manat) düşüb.