“Sürtük yağlarının qiyməti qalxıb, bu, həm də ehtiyat hissələrinin qiymətinə təsir edəcək”.
Eləcə də bax: "Hər avtomobil ildə cəmi bir təkərini dəyişsə, kifayətdir" - YENİ BİZNES
FED.az xəbər verir ki, bunu açıqlamasında nəqliyyat üzrə ekspert Elməddin Muradlı avtomobil ehtiyat hissələrinin qiymətlərində kəskin artıma aydınlıq gətirərkən deyib. Onun sözlərinə görə, avtomobil ehtiyat hissələri ilə yanaşı, bir çox sahələrdə qiymət artmı var:
“Marketlərdə də qiymətlər fantastik dərəcədə qalxıb. Ümumi qiymət artımı baş verir. Təxminən bir aydır ki, avtomobilin mühərrik yağlarının qiyməti qalxıb. Bu artım ilk olaraq Ukraynada, Rusiyada, bizə yaxın ölkələrdə müşahidə olunub. Azrbaycan bazarında da yağ satışı ilə məşğul olar bir neçə saibkarla ünsiyyətdə olduq. Onlar bildirdilər ki, bu artım yaxın günlərdə Azərbaycana təsir göstərəcək. Və budur artıq göstərməkdədir. Əgər dünya bazarlarında yanacağın qiymətində artım baş verirsə, bu, digər sahələrə də təsir göstərir”.
Ekspert qeyd edib ki, bu artımı hesablamaq üçüb dərindən təhlil aparmaq lazımdır:
“Bu artım nə qədər baş verir? Bu artımdan kimlərsə istifadə edib daha da artıq göstərirmi? Bu halları araşdırmaq lazımdır. Qiymət artımı deyən kimi tamam böyük qiymətlər fikirləşənlər də var. Avropadan gələn yağların qiyməti bir manat bahalaşıbsa, bunu Azərbaycanda 5 manata satmaq nə dərəcədə düzgündür? Belə hallar var. Bəs bu, Avropadan gələn maldır və onun qiyməti bir manat qalxıb. Bunu 5 manata necə sata bilərsən? Bahalaşma varsa və bu bütün sahələrə təsir göstərirsə, Gömrük Komitəsi bunu götür-qoy edib, sahibkarlarla düzgün davranmalıdır. Bundan əlavə, komitə qiymət artımı fonunda əlavə problemlərə yol açmamalıdır”.
Elməddin Muradlı deyir ki, Gömrük Komitəsi ilə bağlı müəyyən narazılıqlar var:
“Sahibkarlar ara-sıra Gömrük Komitəsində qiymətlərin başqa meyarlar əsasında hesablandığını bildirirlər”. (Qaynarinfo)