Bu ilin birinci yarısında dünyada ən çox satılan avtomobillər açıqlanıb. FED.az xarici mətbuata istinadən xəbər verir ki, hazırda bu sahədə birinciliyi əvvəlki illərdə olduğu kimi «Toyota Corolla» modeli saxlayır. Belə ki, ilin ilk 6 ayında dünyada 610,7 min «Toyota Corolla» satılıb. Bu ötən ilin eyni dövrü ilə müqayisədə 0,4% azdır.
Sırada ikinci yeri «Ford F-Series» tutur – bu ilin ilk yarısında 536,5 min bu modeldən satılıb və ötən illə müqayisədə artım 3,2%-dir. Üçüncü yeri «Volkswagen Golf» tutur - 441,9 min avtomobil və ötən illə müqayisədə 0,8% artım.
Ən çox avtomobillərin ilk 5-liyini Honda Civic (424,7 min maşın və 7,2% artım) və «Toyota RAV4» (408,7 min avtomobil və 7,5% artım) tamamlayır.
Bunlardan başqa, ilk 10-luqda Volkswagen Tiguan (405,1 min maşın, 16,3% artım), Volkswagen Polo (375,8 min maşın, 8,3% artım), Honda CR-V (337,8 min maşın, amma 4% azalma), Toyota Camry ( 337,1 min maşın və 6,3% artım) və Chevrolet Silverado (323,7 min maşın və 8,9% artım) modelləri yer alıb.
Eləcə də bax: "Hyundai" şirkəti "Toyota Land Cruiser"-ə rəqib hazırlayır