Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 1 iyul 2025-ci il tarixində Bakı şəhərində keçirilən növbəti nəqliyyat vasitələri hərracında ümumilikdə 7 avtomobil satılıb.
«Toyota Camry»yə oxşayır, 2000 km gedir, cəmi $22 min – 51 MİN SİFARİŞ VERİLİB
FED.az xəbər verir ki, hərracda satışa çıxarılan avtomobillərdən 3-ü Hesablama Palatasına, 2-si Nazirlər Kabinetinin İşlər Müdirinə, 1-i Korporativ İdarəetmənin Təşkili və Koordinasiya Mərkəzinə, 1-i isə Mərkəzi Seçki Komissiyasına məxsus olub.
İlkin satış qiymətləri 5 000 manatdan başlayıb, 13 000 manatadək yüksəlib. Ən aşağı qiymətə təklif olunan nəqliyyat vasitəsi 2000-ci il istehsalı Nissan Pathfinder olub (5 000 manat), ən yüksək ilkin qiymət isə Lexus ES250 markalı avtomobilə (13 000 manat) aid edilib.
Yekun satış qiymətləri isə 5 000 manatdan 10 884 manatadək dəyişib. Ən baha satılan avtomobil Hesablama Palatasının balansında olan, 2010-cu il istehsalı Honda Accord markalı minik maşını olub. Bu avtomobil ilkin 8 400 manat qiymətlə hərraca çıxarılsa da, 10 884 manata satılıb.
Avtomobillərin buraxılış illəri 2000–2013 aralığında dəyişib. Avtomobil markalarına gəlincə, hərracda Nissan, Hyundai, Honda, BMW, Volkswagen, Lexus markalı nəqliyyat vasitələri yer alıb.
Bakı şəhəri üzrə 1 iyul 2025-ci il tarixində keçirilmiş hərracda satılan nəqliyyat vasitələrinin siyahısı:
№ |
Balanssaxlayıcı təşkilatın adı |
Avtonəqliyyat vasitəsinin markası |
Dövlət nömrə nişanı |
Buraxılış ili |
Hərraca çıxarılan ilkin satış qiyməti (manat) |
Yekun satış qiyməti (manat) |
Protokol №-si və tarixi |
1 |
Hesablama Palatası |
Nissan Sunny minik |
90 YF 825 |
2009 |
6900 |
6900 |
17/25 13.05.2025 |
2 |
Hesablama Palatası |
Hyundai Elantra minik |
90 YF 850 |
2009 |
8900 |
10000 |
17/25 13.05.2025 |
3 |
Hesablama Palatası |
Honda Accord minik |
90 YB 820 |
2010 |
8400 |
10884 |
17/25 13.05.2025 |
4 |
"Korporativ İdarəetmənin Təşkili və Koordinasiya Mərkəzi" PHŞ |
BMW 730 Lİ minik |
10 PB 233 |
2006 |
8200 |
8200 |
17/25 13.05.2025 |
5 |
Nazirlər Kabinetinin İşlər Müdiri |
Volkswagen Passat minik |
77 PZ 548 |
2013 |
8000 |
8000 |
17/25 13.05.2025 |
6 |
Nazirlər Kabinetinin İşlər Müdiri |
Nissan Pathfinder minik |
77 AJ 398 |
2000 |
5000 |
5000 |
17/25 13.05.2025 |
7 |
Mərkəzi Seçki Komissiyası |
Lexus ES250 minik |
77 YR 501 |
2013 |
13000 |
13000 |
17/25 13.05.2025 |