28 fevral tarixində, Audi Brüsseldəki zavodunda istehsalı dayandıraraq rəsmi olaraq bağladı.
«Haval» kəskin ucuzlaşdı: 9800 dollarlıq modeli buraxıldı - ƏTRAFLI
FED.az xəbər verir ki, bu qərar nəticəsində minlərlə işçi işsiz qaldı və bu hadisə Avropanın avtomobil sənayesindəki böhranın növbəti qurbanı oldu.
Qeyd edək ki, Brüssel Belçikanın paytaxtıdır və eyni zamanda Avropa Parlamentinin, Avropa Komissiyasının və digər mühüm qurumların yerləşdiyi yer olduğu üçün "Avropanın paytaxtı" adlandırılır. Təxminən 3000 nəfərin çalışdığı zavodun hazırda heç bir alıcısı yoxdur. Onun bağlanması, Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayenin avtomobil sənayesini dəstəkləmək üçün yeni tədbirlər planını təqdim etməli olduğu günə təsadüf edib.
Audi keçən ilin iyul ayında zavodun bağlanma ehtimalını elan edərkən, premium elektrik krossoverlərə, xüsusilə də Brüsseldə istehsal edilən Q8 e-tron modelinə olan qlobal tələbatın azalmasını səbəb kimi göstərmişdi. Şirkət həmçinin zavodun illər ərzində genişlənməsinin yüksək lojistika xərclərinə səbəb olduğunu və struktur problemlərin uzun müddətdir mövcud olduğunu vurğulamışdı.
Eyni zamanda, bəzi həmkarlar ittifaqı liderləri və işçilər Audi-nin elektrikləşməyə gec keçdiyini və bahalı modellərə üstünlük verdiyini tənqid edirlər. Nəticədə, Avropanın mərkəzində yerləşən bu zavod bağlandı və minlərlə insan işsiz qaldı.