Çində məşhur «Camry» ölçüsündə 238 at gücündə böyük sedan istehsala buraxılıb.
Avtomobil 100 kilometrə cəmi 2,59 litr benzin yandırır, birdəfəlik yanacaq çəniilə 2 370 km məsafə gedir.
Çinin «BYD» şirkətinin istehsalı olan yeni «Qin MAX» modeli Çin bazarında populyarlıq qazanmağa davam edir. «BYD Dynasty Sales» şirkətinin baş meneceri Lu Tianın sözlərinə görə, sentyabr ayında şirkət 12 066 belə avtomobil satıb. Bu, modelin satışlarının ardıcıl ikinci aydır ki, 10 000 ədədi keçdiyi deməkdir.
«Qin» seriyasının ən böyük modeli olan «Qin MAX», Çində 13 avqustda satışa çıxarılıb. Həm tam elektrikli (EV), həm də qoşula bilən hibrid (DM-i) versiyalarında mövcud olan modelin doqquz komplektasiyası mövcuddur. Qiyməti isə 100000-144000 yuan arasında dəyişir.
Sedanın ölçüləri 4866 x 1880 x 1495 mm, təkər bazası isə 2820 mm-dir. Baqaj bölməsinin həcmi 523 litrdir və arxa oturacaqlar qatlandıqda 1450 litrə qədər artır. İnteryerdə müxtəlif kiçik əşyalar üçün 27 saxlama bölməsi var.
Elektrikli Qin MAX EV ikinci nəsil Blade batareyası ilə təchiz olunub və BYD-nin xüsusi ultra sürətli şarj texnologiyasını dəstəkləyir. BYD həmçinin alıcılara uyğun sürətli şarj stansiyalarından bir illik pulsuz istifadə imkanı təklif edir.
Versiyadan asılı olaraq, elektrik mühərriki 163 və ya 326 at gücünə malikdir; ən yüksək versiya 0-dan 100 km/saat sürətə 5,8 saniyəyə çata bilər.
«Qin MAX DM»i hibrid modeli 74 kVt (101 at gücü) gücündə 1,5 litrlik təbii aspirasiyalı benzin mühərriki və 175 kVt (238 at gücü) gücündə elektrik mühərriki ilə təchiz olunub. BYD-nin məlumatına görə, avtomobil təmiz elektrik enerjisi ilə 320 km-ə qədər gedə bilər və tam doldurulmuş batareya və dolu yanacaq çəni ilə ümumi məsafə 2370 km-ə çatır. NEDC dövrünə görə, boşaldılmış batareya ilə yanacaq sərfiyyatı 2,59 l/100 km təşkil edir.
Qin MAX-ın daha yüksək versiyaları həmçinin lidarlı God's Eye Level B sürücü yardım sistemi ilə təchiz olunub.





![«Camry» boyda böyük sedan 100-ə 2,6 litr yandırır – [red]Birdəfəyə 2370 km gedir – CƏMİ 33 MİN MANAT[/red] | FED.az](/upload/news/small/1084623.jpg)
![«Camry» boyda böyük sedan 100-ə 2,6 litr yandırır – [red]Birdəfəyə 2370 km gedir – CƏMİ 33 MİN MANAT[/red] | FED.az](/upload/news/small/3024675.jpg)
![«Camry» boyda böyük sedan 100-ə 2,6 litr yandırır – [red]Birdəfəyə 2370 km gedir – CƏMİ 33 MİN MANAT[/red] | FED.az](/upload/news/small/3797.jpg)








