Çinin və dünyanın ən böyük avtomobil istehsalçısı «BYD» şirkəti Avropa bazarını öz avtomobilləri ilə doldurur.
FED.az xarici mətbuata istinadən xəbər verir ki, bu dəfə BYD-nin 200-metrlik nəhəng gəmisi birdəfəyə İspaniyaya 1000 ədəd «Song PLUS DM-i» hibrid avtomobili gətirib.
Ən maraqlısı da budur ki, bu Çindən Avropaya göndərilən ən böyük maşın partiyası deyil.
Böyük gəmi «BYD Explorer No.1» Avropaya növbəti reysini həyaat keçirib. Avqustun 15-də gəmi İspaniyanın Santander limanına daxil olub. Bu dəfə gəminin göyərtəsində nə qədər maşın olduğu deyilmir, amma «Explorer No.1»ə təqribən 7 min avtomobil sığışır.
Bu avtomobillər İspaniya ilə yanaşı, Britaniya, Niderland və Avropanın başqa ölkələri üçün də nəzərdə tutulub. İspaniyanın özünə gəmi 1000 ədəd «Song PLUS DM-i» hibrid krossoveri gətirib.
Xatırladaq ki, «BYD Explorer No.1» gəmisinin uzunluğu 200 metr, eni 38 metr, su tutumu 9 metr, sürəti isə saatda 34 kilometr təşkil edir.