Hər uğursuzluq bir fürsəti və yeni bir fikri ərsəyə gətirər. Buyurun uğursuzluq sayəsində Lamborghini markasının necə yarandığını öyrənək.
Lamborghini əslində İtalyan bir traktor istehsalçısıdır. Havalandırma və soyutma sistemləri də paralel olaraq istehsal portfelinə daxildir. Avtomobilə olan marağının çoxluğundan ötəri bir gün bir Ferrari alır. Qısa müddətdə Ferrarinin pərəstişkarı olur. Lakin gözləmədiyi bir problemlə qarşılaşır və bu problemi Ferrarinin fabrikinə gedərək həll etməyə çalışır. Dəfələrlə gedir lakin isdədiyini əldə edə bilmədiyi üçün artıq son çarə olaraq Ferrarinin sahibiylə görüşmək istədiyini dilə gətirir. Ferrarinin sahibi isə Lamborghininin görüş tələbi qarşısında, necə olur da bir traktor istehsalçısı Ferrarini tənqid edə bilər düşünərək görüşü qəbul etmir. Səbr daşı çatlayan Lamborghini, fabrikinə geri dönür və debriyajda baş verən çətinliyi həll edir. Köhnəsindən daha güclü və daha yaxşı bir üsul istehsal edir.
Yaxşı sonra nə olur?
Lamborghini Ferraridən daha sürətli və etibarlı avtomobil modelləri istehsal etmək üçün işə başlayır. Ferrari qarşısında çox şansı olmadığını ətrafındakılardan eşitsə belə o heç kimi dinləmir və Ferrarinin rəqibi olacaq olan avtomobilini istehsal edir. İstehsal reallaşdığı il (1963) birinci və ikinci model üzərində çox yaxşı bir çıxış təmin edə bilməsə də , üçüncü modeli Miura öz sözünü deməyi bacarır . Sonrakı etapda isə xüsusilə zəngin seqmentin seçdiyi həddindən artıq lüks bir avtomabil olaraq dünyada məşhurlaşır. Lamborghini bu müvəffəqiyyətinin üzərinə Ferrarinin sahibinə bir məktub yazır. Məktubda yalnız bu 5 söz yazılmışdır: "Təşəkkür edirəm. Traktor istehsalçısı Lamborghini ". Lamborghini logosunda ki öküz isə Lamborghininin bürcünü təmsil edir.