Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən keçirilən növbəti hərrac başa çatıb.
"Azərbaycan Beynəlxalq Bankı"nın avtomobilləri - HƏRRACA ÇIXARILDI - QİYMƏTLƏR
FED.az xəbər verir ki, 29 iyul 2025-ci il tarixində keçirilən hərracda avtomobillər özəlləşdirilib.
Satışa çıxarılan 12 ədəd BMW markalı nəqliyyat vasitəsinin hər biri ya BMW 328i, ya da BMW 535i modelidir. Buraxılış illəri 2013 və 2014 olan bu avtomobillər vahid şəkildə 45 000 manat ilkin qiymətlə satışa təqdim edilib. Hərracın sonunda bütün avtomobillər elə bu qiymətlə alıcılara təhvil verilib. 1 ədəd avtomobilin qiyməti 3 750 manat təşkil edib.
Qeyd edək ki, bu avtomobillərin satış prosesi 21/25 saylı protokol əsasında, 12 iyun 2025-ci il tarixində rəsmiləşdirilib.