Çində elektromobillərin sürətli artımı səbəbindən benzinlə işləyən maşınları almaq istəyənlər azalır.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, Çində daxili yanma mühərrikli (benzinlə işləyən) avtomobillər bazarı görünməmiş qiymət təzyiqi ilə üzləşib.
Elektrik və hibridlərin populyarlığının sürətlə artması fonunda istehsalçılar və dilerlər benzin maşınlarına rekord endirimlər təklif etməyə məcbur olublar. Ən bariz nümunələrdən biri Jaguar Land Rover (JLR) ilə bağlı vəziyyəti göstərmək olar. «Carscoops»un istinad etdiyi Çin mediasına görə, yerli istehsal olan Range Rover Evoque L hazırda Çində 180 000 yuana (təxminən 26 600 dollar) təklif olunur, halbuki bu modelin rəsmi qiyməti 430 000 yuan (63 500 dollar) təşkil edir. Bu, təxminən 60% və ya təxminən 37 000 dollar endirim deməkdir.
Amma benzin maşınlarının satış problemi təkcə premium seqmentlə məhdudlaşmır. Çinin Sərnişin Avtomobilləri Assosiasiyasının məlumatına görə, ölkədə benzinli maşınlara endirim orta hesabla 5 min dollara çatıb.
Eyni zamanda, benzinlə işləyən işlənmiş avtomobillərin də qiyməti sürətlə düşür. Təkcə may ayında işlənmiş avtomobillərin orta qiyməti 19% azalıb, araşdırmalar göstərir ki, işlənmiş benzin avtomobilləri 3 il ərzində 60% dəyərdən düşürlər. qiymətinin yalnız 38%-ni saxlayır. Müqayisə üçün, bu rəqəm 2023-cü ildə təxminən 40% idi .
Başqa sözlə, Çində elektronmobil və hibridlərin sürətlə məşhurlaşmsı səbəbindən ənənəvi maşınlara tələbat azalmaqda davam edir və bu da istehsalçıları böyük qiymət müharibəsinə girməyə məcbur edir.














