2024-cı ildə xaricdən Azərbaycana avtomobil idxalı azalıb.
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, yanvar-may aylarında xaricdən Azərbaycana 31 954 ədəd minik avtomobili gətirilib. Ötən illə müqayisədə ölkəyə gətirilən minik avtomobillərinin sayı 5440 ədəd və ya 14% azalıb.
İlk 5 ayda ölkəyə gətirilən minik maşınlarının 6 923-ü hibrid avtomobillər, 1250-si elektrik maşınlarıdır.
Ötən ilin eyni dövrü ilə müqayisədə 1039 ədəd və ya 18% artıb. Elektrik avtomobillərinin idxalı isə 438 ədəd və ya 54% artıb.
Ənənəvi, yəni daxili yanma mühərriki – benzin və dizellə işləyən maşınların sayı isə sürətlə azalır. Belə ki, ilk 5 ayda xaricdən ölkəyə gətirilən benzin-dizel maşınlarının sayı 23 781 ədəd olub. Ötən ilin eyni dövrü ilə müqayisədə belə maşınların sayı təqribən 7 min ədəd və ya 22% aşağı düşüb.
Nəticədə əgər bir il əvvəl ölkəyə gətirilən minik avtomobillərinin 18%-i elektrik və hibrid maşınloarının payına düşürdüsə, 2024-cü ilin ilk 5 ayının nəticələrinə görə, ölkəyə gətiriən maşınların 25%-i və ya hər 4 avtomobildən 1-ni elektrik və hibrid maşınları təşkil edib.