FED.az Dövlət Statistika Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, 2019-cu ilin yanvar - oktyabr aylarında (10 ayda) Azərbaycanda 1880 ədəd minik avtomobili istehsal edilib (yığılıb). 2018-ci ilin yanvar - oktyabr ayları ilə müqayisədə minik avtomobili istehsalı 3,1 dəfə artıb.
Eləcə də bax: Türkiyənin avtomobil ixrac etdiyi ölkələr arasında Azərbaycan - BİRİNCİDİR
ARDICIL 4 AYDIR HƏR AY 192 ƏDƏD AVTOMOBİL İSTEHSAL EDİLİR
2019-cu ilin Yanvar ayında 89 ədəd, Fevralında 87 ədəd, Martında 107 ədəd, Aprelində 153 ədəd, Mayında 490 ədəd, İyun ayında 186 ədəd, İyul ayında 192 ədəd, Avqust ayında 192 ədəd, Sentyabr ayında 192 ədəd, Oktyabr ayında da 192 ədəd minik avtomobili istehsal edilib.
01.11.2019-cu il vəziyyətinə hazır məhsul ehtiyatı 367 ədəd təşkil edib. 01.10.2019-cu il vəziyyətinə hazır məhsul ehtiyatı 325 ədəd təşkil etmişdi.
Xatırladaq ki, ötən il Azərbaycanda 969 ədəd minik avtomobili yığılmışdı.
2019-cu ildə Neftçaladakı “Khazar” avtomobil zavodunda 3000 avtomobil istehsalı nəzərdə tutulur. Bunu “Azərmaş” ASC-nin idarə heyətinin sədri Emin Axundov jurnalistlərə açıqlamasında deyib.
Azərbaycanda Naxçıvan Avtomobil Zavodu da minik avtomobilləri (NAZLifan) yığır.
Həmçinin, 2019-cu ilin yanvar- oktyabr dövründə ölkəmizdə 899 ədəd traktor istehsal edilib. 2018-ci ilin yanvar-oktyabr dövrü ilə müqayisədə traktor istehsalı 26,3% azalıb.
01.11.2019-cu il vəziyyətinə hazır məhsul ehtiyatı 340 ədəd traktor təşkil edib.
Ötən il ölkəmizdə 1303 ədəd traktor istehsal edilmişdi.
Marja