2022-ci ildə Azərbaycanda satılan Rusiya avtomobillərinin sayı kəskin azalıb.
"Lada"nın satışları - 2 DƏFƏ ARTIB
FED.az xəbər verir ki, ötən il Azərbaycanda 698 ədəd yeni “Lada” modeli satılıb. Bu isə 2021-ci illə müqayisədə 59,4% və ya 1021 avtomobil azdır. Belə ki, “AvtoVAZ” 2021-ci ildə Azərbaycanda 1719 ədəd yeni avtomobil sata bilmişdi.
Satışların kəskin azalması “Lada”nın Azərbaycan bazarındakı yerinə də təsir edib. Rusiya brendi 2021-ci ildə Azərbaycanda satışların həcminə görə 3-cü olmuşdusa, ötən il bazar payına görə 8-ci sıraya enib.
Qeyd edək ki, sanksiyalar səbəbindən ehtiyat hissələri qıtlığı yaşayan “AvtoVAZ”ın istehsalı dayandırması nəticəsində ötən ilin yayında Rusiya markasının Azərbaycana ixracı dayandırılmışdı. (Apa)