Yaşıl nəqliyyata keçid bizim gələcəyimizdir.
FED.az xəbər verir ki, bunu “Yaşıl nəqliyyat biznesi: imkanlar və perspektivlər” mövzusunda keçirilən ictimai müzakirə zamanı Azərbaycan Respublikasının Daxili İşlər nazirinin müavini, polis general-leytenantı Oqtay Kərimov deyib.
Nazir müavini çıxışı zamanı bildirib ki, 2022-ci ildən başlayaraq hər il yaşıl nəqliyyata keçidlə bağlı yol xəritələri hazırlanır və həyata keçirilir. Bu çərçivədə dövlət tərəfindən maliyyə güzəştləri və təşviqedici tədbirlər tətbiq olunub.
Oqtay Kərimov əlavə edib ki, ölkə üzrə 291 məntəqədə 608 elektrik doldurma cihazı quraşdırılıb. Onlardan 426-sı Bakı şəhərində, 17-si Qarabağ bölgəsində, 161-i isə digər ərazilərdə yerləşir. Bu cihazların 130-u "Azərişıq" ASC-yə, 478-i isə digər fiziki və hüquqi şəxslərə məxsusdur.
Oqtay Kərimov bildirib ki, hazırda Azərbaycanda dövlət qeydiyyatında olan 6 974 elektrik mühərrikli, 83 351 hibrid mühərrikli avtomobil mövcuddur. Təkcə Bakı şəhərində isə bu rəqəmlər müvafiq olaraq 5 812 və 57 530 təşkil edir.