İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin ötən gün keçirdiyi hərracda 40 nəqliyyat vasitəsi satılıb.
Nazirliklərin və dövlət qurumlarının maşınları satışa çıxarılır - QİYMƏTLƏR
FED.az biznes və maliyyə xəbərləri portalı bu barədə quruma istinadən xəbər verir.
Növbəti hərraclar 7, 14, 21 və 28 apreldə keçiriləcək. Hərraclara ümumilikdə Bakı, Sumqayıt və Şəki şəhərlərində yerləşən 3 daşınmaz əmlak, eləcə də 130 nəqliyyat vasitəsi çıxarılacaq.
Hərraclarda iştirak etmək istəyənlər "www.emlak.gov.az" və "www.auksion.gov.az" internet saytlarından seçim edə bilərlər.
Bakı şəhəri üzrə 1 aprel 2026-cı il tarixində keçirilmiş hərracda satılan nəqliyyat vasitələri haqqında məlumat
| № | Balanssaxlayıcı təşkilatın adı | Avtonəqliyyat vasitəsinin markası | Dövlət nömrə nişanı | Buraxılış ili | Hərraca çıxarılan ilkin satış qiyməti (manat) | Yekun satış qiyməti (manat) | Protokol №-si və tarixi |
| 1 | Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Xəzər Hövzə Qəza-Xilasetmə Xidməti | Chevrolet Niva minik | 90 FH 391 | 2008 | 3300 | 3795 | 04/26 06.02.2026 |
| 2 | Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Xəzər Hövzə Qəza-Xilasetmə Xidməti | Chevrolet Niva minik | 90 FH 673 | 2008 | 3500 | 3500 | 04/26 06.02.2026 |
| 3 | "Aqrarkredit" Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan kredit Təşkilatı | VAZ-21213 minik | 10 AK 064 | 1997 | 1600 | 1600 | 04/26 06.02.2026 |
| 4 | Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsi | Chevrolet Niva minik | 20 SAA 455 | 2007 | 3075 | 3075 | 04/26 06.02.2026 |
| 5 | Azərbaycan Respublikasının Müdafiə Nazirliyi | 21 ədəd müxtəlif markalı nəqliyyat vasitəsi | Siyahı əlavə olunur | 28725 | 62000 | 04/26 06.02.2026 | |
| 6 | Azərbaycan Respublikasının Müdafiə Nazirliyi | 15 ədəd müxtəlif markalı nəqliyyat vasitəsi | Siyahı əlavə olunur | 28425 | 28425 | 04/26 06.02.2026 |











