İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin keçirdiyi növbəti hərracda avtomobillər özəlləşdirilib.
Sığorta şirkətinin 180 manatlıq avtomobili - HƏRRACA ÇIXARILDI
FED.az bu barədə Dövlət Xidmətinə istinadən xəbər verir.
Məlumata görə, hərraclar rəqabətli keçib. Belə ki, hərracda Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin balansında olan 17 avtomobil və Maliyyə Nazirliyi yanında Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyinin balansında olan Honda Accord markalı minik avtomobili özəlləşdirilib.
Hərracda yekun satış qiyməti 7 100 – 186 500 manat aralığında dəyişib.
Hərracda satılan dövlət əmlaklarının siyahısı ilə https://clck.ru/3A7csN linki vasitəsilə tanış olmaq olar.
Bakı şəhəri üzrə 11 fevral 2025-ci il tarixində keçirilmiş hərracda satılan nəqliyyat vasitələrinin siyahısı:
№ |
Balanssaxlayıcı təşkilatın adı |
Avtonəqliyyat vasitəsinin markası |
Dövlət nömrə nişanı |
Buraxılış ili |
Hərraca çıxarılan ilkin satış qiyməti (manat) |
Yekun satış qiyməti (manat) |
Protokol №-si və tarixi |
1 |
Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi |
17 ədəd müxtəlif markalı nəqliyyat vasitəsi |
Siyahı əlavə olunur |
186500 |
186500 |
35/24 26.12.2024 |
|
2 |
Maliyyə Nazirliyi yanında Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyi |
Honda Accord minik |
90 PN 431 |
2009 |
7000 |
7100 |
35/24 26.12.2024 |