Yaxın vaxtlarda “Lada” avtomobillərinin qiymətləri azalacaq.
Eləcə də bax: Azərbaycanda bu avtomobillərə - TƏLƏBAT AZALIB
FED.az xəbər verir ki, bu barədə “AvtoVAZ”ın rəhbəri Maksim Sokolov bildirib.
Onun sözlərinə görə, bu, digər məsələlərlə yanaşı, güzəştli avtomobil krediti proqramının işə salınması və rublun məzənnəsinin sabitləşməsi fonunda baş verəcək.
Ölkənin Sənaye və Ticarət Nazirliyi avtomobillərin son qiymətini azaldacaq tələbi dəstəkləyən proqramlar hazırlayır.
“AvtoVAZ” rəhbəri qeyd edib ki, proqram işə salındıqdan sonra hazırda istehsal olunan avtomobillər pik vaxtından ucuz satılacaq. (Oxu.az)