Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycana 112 ədəd elektrik mühərrikli avtomobil idxal edilib.
FED.az Report-a istinadən xəbəverir ki, bunu Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Natiq Axundov bildirib.
Eləcə də bax:Avtomobil idxalında sürət düşmür - BÖYÜK ARTIM DAVAM EDİR
Onun sözlərinə görə, 2018-ci ilin 9 ayı ərzində Azərbaycana idxal edilən elektromobillərin sayı 38 ədəd olub ki, bu da bir ildə 74 ədəd və ya 2,95 dəfə artıma bərabərdir.
Ümumilikdə isə 2018-ci il ərzində ölkəyə 66 ədəd elektrik mühərrikli avtomobil idxal edilib.
Qeyd edək ki, 2019-cu ildən qüvvəyə minən Vergi Məcəlləsinə əsasən, ƏDV-nin differensiallaşması ilə bağlı elektriklə işləyən avtomobillər ƏDV-dən azad olunub. Belə ki, bu ildən etibarən Azərbaycana elektrik avtomobillərinin idxalı ƏDV-dən azad edilib. Bununla yanaşı, elektrik avtomobili idxal edərkən indi yalnız avtomobilin dəyərinin 15 faizi həcmində gömrük rüsumu ödəmək lazımdır.