İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin keçirdiyi növbəti hərracda avtomobillər özəlləşdirilib.
Dövlət Agentliyinin "Mitsubishi L200" markalı avtomobilləri 12 min manata - HƏRRACDA SATILIR - SİYAHI, QİYMƏTLƏR
FED.az bu barədə Dövlət Xidmətinə istinadən xəbər verir.
Məlumata görə, hərraclar rəqabətli keçib. Belə ki, 11 mart 2025-ci il tarixində Bakı şəhərində keçirilmiş hərracda, "Azərbaycan Hava Yolları" QSC tərəfindən satışa çıxarılan müxtəlif markalı 10 ədəd nəqliyyat vasitəsi müvafiq olaraq öz yekun satış qiymətlərinə alıcı tapdı. İlkin satış qiyməti 44,775 manat olaraq təyin edilmişdi və bu qiymət, nəqliyyat vasitələri üçün yekun satış qiyməti ilə tam uyğun gəldi. Bir avtomobilin qiyməti təqribi 4 400 manatdır.
Hərracın keçirilməsi və satılan əmlaklar barədə daha ətraflı məlumat protokolda qeyd olunub.