Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Bakı şəhərində 13 may 2025-ci il tarixində keçirilmiş hərracda müxtəlif dövlət qurumlarına aid 68 nəqliyyat vasitəsi özəlləşdirilib.
Lüks vergi hərracı - 2012-ci il Land-Cruiser 38 000 manata getdi - DETALLAR
FED.az xəbər verir ki, hərraca çıxarılan avtomobillər arasında minik avtomobilləri, avtobuslar və yük maşınları yer alıb. Hərracda iştirak edən nəqliyyat vasitələrinin buraxılış illəri 2007-ci ildən 2013-cü ilə qədər dəyişib. İlkin satış qiymətləri isə 3,600 manat ilə 19,000 manat arasında müəyyən edilib. Nəticədə, satışa çıxarılan nəqliyyat vasitələrinin qiymətləri arasında müəyyən fərqlər müşahidə olunub. Ümumilikdə, hərracda satışa çıxarılan avtomobillər 850 manat ilə 20,000 manat arasında dəyişən qiymətlərlə satılıb.
Ən ucuz avtomobillər Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin balansında olan avtomoibllər olub. 62 avtomobil üçün yekun satış qiyməti 52736.5 manat təşkil edib. Bir vtombilin qiyməti təqribi 851 manat təşkil edib.
İlkin satış qiyməti ilə yekun satış qiyməti arasındakı fərqin ən böyük olduğu nəqliyyat vasitəsi isə 2007-ci il buraxılışlı Otoyol E-2714S avtobusu olub. Hərracda ən yüksək qiymətə alıcı tapan nəqliyyat vasitəsi də məhz sözügedən avtobusdur. Onun ilkin satış qiyməti 18,200 manat olaraq təyin edilmişdi, lakin yekun satış qiyməti 20,000 manat olaraq müəyyənləşib. Bu, 1,800 manatlıq bir artım deməkdir.
Bakı şəhəri üzrə 13 may 2025-ci il tarixində keçirilmiş hərracda satılan nəqliyyat vasitələrinin siyahısı
№ |
Balanssaxlayıcı təşkilatın adı |
Avtonəqliyyat vasitəsinin markası |
Dövlət nömrə nişanı |
Buraxılış ili |
Hərraca çıxarılan ilkin satış qiyməti (manat) |
Yekun satış qiyməti (manat) |
Protokol №-si və tarixi |
1 |
Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinon Milli Qvardiyası |
Otoyol E-2714S avtobus |
10 PM 428 |
2007 |
19000 |
19000 |
10/25 03.04.2025 |
2 |
Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinon Milli Qvardiyası |
Otoyol E-2714S avtobus |
10 PM 427 |
2007 |
18200 |
20000 |
10/25 03.04.2025 |
3 |
Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinon Milli Qvardiyası |
Otoyol Daily Minibus avtobus |
10 PM 431 |
2007 |
14500 |
14500 |
10/25 03.04.2025 |
4 |
Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinon Milli Qvardiyası |
Nissan Maxima minik |
10 PM 416 |
2011 |
7800 |
8424 |
10/25 03.04.2025 |
5 |
Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi |
Toyota Avalon minik |
10 AO 903i/o |
2007 |
8200 |
8200 |
10/25 03.04.2025 |
6 |
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi |
Renault Dokker yük |
77 PJ 587 |
2013 |
3600 |
8344 |
10/25 03.04.2025 |
7 |
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi |
62 ədəd müxtəlif markalı nəqliyyat vasitəsi |
Siyahı əlavə olunur |
23650 |
52736.5 |
10/25 03.04.2025 |