Prezident İlham Əliyev "İstehsalat və məişət tullantıları haqqında" qanuna dəyişiklik edilməsi barədə qanunu imzalayıb.
Milli Məclis avtomobillərin utilizasiyaya verilməsi qaydasını - TƏSDİQLƏDİ
FED.az xəbər verir ki, dəyişikliyə əsasən utilizasiyaya verilən avtomobilə görə güzəşt və birdəfəlik ödəniş tətbiq olunacaq.
Operator nəqliyyat vasitələrinin satıcıları tərəfindən sənədlər təqdim edildiyi gündən 30 iş günü müddətində müvafiq güzəşt məbləğinin nəqliyyat vasitələrinin utilizasiyası fondundan nəqliyyat vasitələrinin satıcılarının hesabına köçürülməsini təmin edir. Tətbiq edilən güzəşt məbləği satın alınan nəqliyyat vasitəsinin müqavilə üzrə satış dəyərindən çox olduqda güzəşt məbləğinin artıq olan hissəsi nəqliyyat vasitələrinin satıcılarına ödənilmir.
Təsdiqedici sənədə malik şəxs öz seçimi əsasında yeni istehsal olunmuş yerli nəqliyyat vasitəsinin satın alınması üçün güzəştin əvəzinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən daha az həcmdə birdəfəlik ödəniş ala bilər.