Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 21 oktyabr 2025-ci il tarixində saat 10:00-da növbəti hərrac keçiriləcək.
Nazirliklərə məxsus maşınlar - HƏRRACA ÇIXARILIR - QİYMƏTLƏR
FED.az xəbər verir ki, hərraca müxtəlif dövlət qurumlarının balansında olan avtomobillər çıxarılacaq. Siyahıya ümumilikdə 5 avtomobil daxildir.
Hərraca çıxarılan avtomobillərin markaları FIAT ALBEA, QAZ 3110, NISSAN TEANA, MERCEDES BENZ 350 və KHAZAR SD modelidir.
Avtomobillərin buraxılış illəri 2003-dən 2022-yə qədər dəyişir. Start qiymətləri isə 950 manatdan başlayaraq 14 000 manatadək yüksəlir.
Ən ucuz avtomobil 2003-cü il istehsalı olan QAZ 3110, ən bahalı isə 2022-ci ildə istehsal edilmiş KHAZAR SD modelidir.
Qeyd edək ki, hərracda iştirak etmək üçün 10% məbləğində beh Mərkəzi Bankda – AZ65NABZ01361150000000004944 nömrəli hesablaşma hesabına ödənilməlidir.
Hərracda iştirak etmə qaydaları və nəqliyyat vasitələri haqqında məlumat əldə etmək üçün telefon: 311-01-60; (Daxili: 1758, 1709, 1706 və 1705).
21 oktyabr 2025-ci il tarixində saat 10:00-da hərraca çıxarılan nəqliyyat vasitələrinin siyahısı:
S/N |
Balanssaxlayıcı müəssisənin adı |
Əlaqəli şəxs |
Nəqliyyat vasitəsinin markası |
Dövlət nömrə nişanı |
Buraxılış ili |
Start qiyməti (manatla) |
10% beh (manatla) |
1 |
"Mərkəzi Klinika" MMC |
Məhərrəmov İlyas 0507424263 |
FIAT ALBEA minik |
90AC741 |
2007 |
3500 |
350 |
2 |
Masallı RİHB-nın Boradigah qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi |
Əliyev Teymur 0503682038 |
QAZ 3110 101 minik |
44AA033и/o |
2003 |
950 |
95 |
3 |
Ali Məhkəmə |
Həsənov Mahir 0506346803 |
NISSAN TEANA MİNİK |
90YE857 |
2008 |
6800 |
680 |
4 |
Ali Məhkəmə |
Həsənov Mahir 0506346803 |
MERCEDES BENZ 350 MİNİK |
90YS721 |
2005 |
7500 |
750 |
5 |
Şirvan Apellyasiya Məhkəməsi |
Vəliyev Samir 0555028822 |
KHAZAR SD MİNİK |
18AA111 |
2022 |
14000 |
1400 |