Dövlət Gömrük Komitəsi avtomobillərin idxalı haqqında yeni məlumatlar açıqlayıb.
FED.az xəbər verir ki, 2025-ci ilin 1-ci yarısında (yanvar-iyun) Azərbaycana 960 milyon 709 min dollar dəyərində 51 min 727 ədəd nəqliyyat vasitəsi idxal olunub.
Müqayisə üçün qeyd edək ki, 2024-cü ilin 1-ci yarısında (yanvar-iyun) Azərbaycana 779 milyon 364 min dollar dəyərində 42 min 335 ədəd nəqliyyat vasitəsi idxal olunmuşdu. Beləkilə, bu ilin ilk 6 ayında 9 min 392 ədəd daha çox avtomobil idxal edilib.
İdxal olunan minik avtomobillərinin sayı ötən ilin ilk 6 ayında 38 min 8 ədəd ikən, cari ilin ilk 6 ayında 47 min 199 ədəd təşkil edib (9 min 191 ədəd artıb).