Rusiya hökuməti meyvə-tərəvəzin sərhəddən keçirilməsi qaydalarını sərtləşdirir. Bu ilin avqustun 19-dan etibarən qüvvəyə minəcək qaydalar bütün növ nəqliyyat vasitələrinə şamil olunacaq.
Rusiya mətbuatının verdiyi məlumata görə, bundan sonra baqaj və ya ək yükündə fitosanitar sertifikatı olmadan sərhəddən 5 kq-dək meyvə-tərəvəzin və hər birində 15 gül olmaq şərti ilə 3 buketədək güllərin keçirilməsinə icazə veriləcək.
Daha çox meyvə-tərəvəz partiyasının ölkədən çıxarılması üçün fitosanitar sertifikatlar tələb olunacaq. Əks təqdirdə karantinə düşən məhsullar ya geri qaytarılacaq, ya da sahibkar hesabına məhv olunacaq.
Qeyd edək ki, hazırda sözügedən sertifikatlar tələb olunmur.