Azərbaycanda aqrar biznes festivalları çərçivəsində 8 milyon manatdan çox satış həyata keçirilib.
FED.az xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov Aqrar Biznes Festivallarına həsr olunmuş yekun tədbirdə bildirib.
Nazir deyib ki, hazırda kənd təsərrüfatında innovativ texnologiyaların tətbiqi, fermerlərin maliyyə və texnikaya çıxışını asanlaşdırmaq üçün tədbirlər görülür: "Bu il respublikada 13 regionu əhatə edən 28 rayonda ümumilikdə 32 festival keçirilib. Festivallarda 400 min fermer və sahibkar iştirak edib, 8 milyon manatdan artıq satış həyata keçirilib".









