Qarpız mövsümü başlasa da, havaların sərin keçməsi bu bostan bitkisinin bazarını öldürüb. Qarpız sahələrdə qalıb. Görüntülər Salyandadır.
Keyfiyyət yaxşı olsa da, məhsuldarlıq zəifdir.. - QİYMƏT - VİDEO
FED.az xəbər verir ki, təsərrüfat sahibləri bildirirlər ki, yayın qeyri -normal keçməsi qarpıza olan tələbatı azaldıb. Demək olar ki, qarpız alan yoxdur. Alıcılar da bostanlara çox həvəssiz gəlir, yetişmiş məhsul sahələrdə qalıb.
Fermerlər deyirlər ki, mövsümün əvvəlində bostanlarda su olmadığı n məhsulun çoxu xırda qalıb. Çətinliklə suvarıb becərməni başa vursalar da, indi də hazır məhsulu sata bilmirlər.
Təsərrüfat sahiblərinin sözlərinə görə, qarpız tağlarının əksəriyyəti solduğundan yetişmiş məhsul toplanlmalıdır. Əks halda, bir neçə gün də belə davam etsə, yetişmiş məhsullar zay olacaq.