Dünya birjalarında portağal şirəsinin qiyməti tarixi həddə bahalaşıb.
Bu həftə səhmləri ən çox bahalaşıb-ucuzlaşan – 100 ŞİRKƏT, SİYAHI (12-16 avqust, 2024)
FED.az xəbər verir ki, Londonun ICE Futures birjasınja dondurulmuş şirə konsentratının qiyməti 1 funt və ya 440 qram üçün 5 dolları keçib – maksimum qiyməti 5,06 dollar olub.
Portağal şirəsinin qiymətinin artmasına səbəb Braziliyada portağal məhsulunun yığımı ilə bağlı problemlər olub. Braziliya sitrus meyvələrinin ən böyük tədarükçüsüdür.
Braziliyanın Sitruk İxracçıları Assosiasiyasının hesabatına əsasən, ötən il portağal şirəsi üçün xammal ehtiyatı ən aşağı həddə olub. Bu il isə məhsul həcmi daha 25% azalaraq 1988-ci ildən bəri ən aşağı həddə düşəcək.