2021-ci ildə RF ilə Azərbaycan arasında ASK məhsullarının ticarət dövriyyəsi $1,3 milyard təşkil edib, bu da 2020-ci ilin göstəricisindən 4% çoxdur.
Eləcə də bax: Azərbaycandan göndərilən 432 tondan çox pomidor Rusiyaya - BURAXILMAYIB
FED.az xəbər verir ki, bu barədə RF Kənd Təsərrüfatı Nazirliyi Rusiya-Azərbaycan kənd təsərrüfatı sahəsində əməkdaşlıq üzrə İşçi Qrupunun növbəti iclasının yekunları üzrə məlumat verir. İclas iki ölkənin kənd təsərrüfatı nazirlərinin müavinləri Sergey Levin və Elçin Zeynalovun sədriyi ilə keçirilib.
Ötən il Rusiyanın Azərbaycana aqroixracı 3% - $718 milyona qədər artıb. Levinin sözlərinə görə, RF həcmin artırılması və tədarükün mal nomenklaturasının şaxələndrilməsində maraqlıdır.
Baytarlıq sahəsində müzakirələr zamanı RF KTN azərbaycanlı həmkarlarına dabaq əleyhinə vaksinlər daxil olmaqla, Rusiya preparatlarından istifadə, o cümlədən, baytarlıqda tətbiq etmək məqsədilə dərman preparatlarının hazırlanması sahəsində birgə elmi tədqiqatların təşkilini təklif edib. (İnterfaks-Azərbaycan)