Son illər qeyri-neft sektorunun inkişafına diqqət yetirilir".
FED.az xəbər verir ki, bunu kənd təsərrüfatı naziri İnam Kərimov 24-cü Azərbaycan Beynəlxalq Qida Sənayesi "WorldFood Azerbaijan 2018" və 12-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı "Caspian Agro 2018" sərgisində çıxışı zamanı bildirib.
İ. Kərimlinin sözlərinə görə, aqrar sahə yeni bir mərhələyə qədəm qoyub.
"Bu sahədə sosial iqtisadi göstəricilərin artırılması nəticəsində ölkədə kənd təsərrüfatının inkişafı sahəsində əhəmiyyətli nailiyyətlər əldə edilib. Biz hamımız sevinirik ki, ölkədə istehsal olunan məhsulların rəqabətə davamlılığı artıb, ixrac imkanları genişlənib. Bu da bütövlükdə milli səviyyədə Azərbaycanın ərzaq təhlükəsizliyinin təmin edilməsinə, həm milli, həm də qlobal səviyyədə öz bəhrəsini verib. Hazırda prioritet istiqamət kimi yüksək məhsuldarlığın təmin edilməsi, yerli məhsulların rəqabət qabiliyyətinin artırılması, o cümlədən qida təhlükəsizliyinin təmin edilməsi, kənd təsərrüfatının inkişaf etdirilməsi əsas məqsəd olaraq qarşıya qoyulub. Bu sahədə innovasiyaların tətbiqi, fermerlərlə yaxınlıq, aqrar sahədə düzgün idarəçilik kənd təsərrüfatının fəaliyyətinin əsas prinsipləri kimi bəyan edilib. Qarşıya qoyulan məqsədlərə çatılması üçün artıq kənd təsərrüfatı məhsullarının istehsalında innovasiyalar, yeni yanaşmaların tətbiqi bizim prioritetimizi təşkil edəcək ",- deyə İ. Kərimov vurğulayıb.
Nazir onu da əlavə edib ki, aqrar sahənin inkişafı və təkmilləşdirilməsində bugünkü tədbirlərin əhəmiyyəti var.