"Yeni qaydalara əsasən, fermer güzəştli kredit almaq üçün yaşadığı rayonda banklara müraciət etməlidir".
Eləcə də bax: Dövlət qurumu bu il fermerlərə 51 milyon manatdan çox kredit ayırıb
FED.az xəbər verir ki, bunu aqrar sahə üzrə ekspert Nicat Nəsili deyib. Ekspert bildirib ki, bu zaman bank tərəfindən müraciətə baxılır, 15 gündən gec olmayaraq kreditin verilməsi barədə qərar qəbul olunur, yaxud sahibkarlara əsaslandırılmış imtina məktubu verilir:
Bank krediti vermək qərarına gəlirsə kredit vəsaitinin ayrılması barədə Kənd Təsərrüfatı Nazirliyinin "Aqrar Kredit və İnkişaf" Agentliyinə sifariş göndərir. Agentlik 2 iş günü müddətində vəsaitin müvəkkil kredit təşkilatının hesabına köçürülməsini təmin edir. Müvəkkil kredit təşkilatı aldığı vəsaiti 1 iş günü müddətində borcalanın hesabına köçürür.
Fermer aşağıdakı banklara müraciət edə bilər:
- “Kapital Bank”
- “Paşa Bank”
- “Azərbaycan Beynəlxalq Bankı”
- “Turanbank”
- “Rabitəbank”
- “Aqrarkredit”
- “Finoko” Bank Olmayan Kredit Təşkilatı
- "Expressbank" ASC
- "AFB Bank" ASC
- "Muğanbank" ASC
- "Bank Respublika" ASC
- Bank BTB ASC
- “Finans İnvest” Bank Olmayan Kredit Təşkilatı
Ekspert kredit şərtlərinə də aydınlıq gətirib.
Güzəştli kreditlərin həddi:
- 5 000 manatadək - mikrokreditlər;
- 5 001 manatdan 30 000 manatadək - kiçikhəcmli kreditlər;
- 30 001 manatdan 100 000 manatadək - ortahəcmli kreditlər;
- 100 001 manatdan 200 000 manatadək - irihəcmli kreditlər;
- 1 000 000 manatədək - kənd təsərrüfatı istehsal vasitələrinin alınması üçün kreditlər.
Güzəştli kreditlərin müddətləri:
- mikrokreditlər üçün - 2 ilədək;
- kiçik və ortahəcmli kreditlər üçün - 3 ilədək;
- irihəcmli kreditlər üçün - 5 ilədək.
Kreditlər üzrə güzəşt müddəti:
- mikrokreditlər üçün - 12 ayadək;
- kiçik və ortahəcmli kreditlər üçün - 18 ayadək;
- irihəcmli kreditlər üçün - 24 ayadək.
- Kredit müddəti güzəştli şərtlərlə alınan damazlıq heyvanlar üçün 3 il, digər kənd təsərrüfatı istehsal vasitələri üçün 5 ildir.
Girov kimi daşınmaz əmlak, alınan texnika qoyula bilər. (Finans)