Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat olub.
FED.az xəbər verir ki, nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Anar Hüseynov “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC-yə direktor təyin edilib.
“Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” Nazirlər Kabinetinin 26 sentyabr tarixli qərarı ilə yaradılıb və tərkibinə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan, fəaliyyəti məqsədəuyğun hesab edilməyən və ləğv edilən 26 MMC daxildir.
Anar Hüseynov məlumatı təsdiqləyib.
Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri vəzifəsinin icrası isə Vüqar Hüseynova həvalə olunub. Vüqar Hüseynov buna qədər həmin şöbədə müdir müavini vəzifəsində çalışıb.
Eləcə də bax: Vüqar Hüseynov Kənd Təsərrüfatı Nazirliyinin mətbuat katibi - TƏYİN EDİLDİ