Ötən il Azərbaycanın kənd təsərrüfatı məhsullarının idxalı 1,08 milyard dollar, ixracı isə 948 milyon dollar olub.
Alma ixracı 34%-dən çox artaraq 57 milyon dolları keçib
FED.az xəbər verir ki, bu barədə bu gün Bakıda keçirilən Gömrük Biznes Forumunda Kənd Təsərrüfatı Nazirinin müşaviri Zaur Əliyev deyib.
O qeyd edib ki, kənd təsərrüfatı məhsullarının ixracı son 5 ildə 43%, son 10 ildə isə təxminən 3 dəfə artıb: "2025-ci ilin ilk 10 ayında isə kənd təsərrüfatı məhsullarının ixracının dəyəri 875,1 milyon ABŞ dolları təşkil edib. Əsas məhsulların ixracında meyvə 57%, tərəvəz 23%, pambıq lifi 16% yer tutub".
Müşavir bildirib ki, kənd təsərrüfatı sahəsinnə dövlət dəstəyi davam edir. 2024-cü ildə əkilən torpaqlar üçün verilən maliyyə dəstəyi 246 milyon manat olub. Təhvil verilmiş məhsullara görə 71,2 milyon manat məhsul subsidiyası, sertifikatlı toxumların satışına görə 5,6 milyon manat toxum subsidiyası, süni mayalanma və ya embrion köçürülməsi ilə alınan hər sağlam buzova görə 10,3 milyon manat heyvan subsidiyası, intensiv meyvə bağlarının salınması üçün 28 milyon manat birdəfəlik subsidiya verilib. Ümumilikdə 2024-cü il ərzində aqrar sahəyə birbaşa subsidiyaların məbləği 360 milyon manatdan çox olub", - deyə, nazir müşaviri əlavə edib.












